12:18 - 13.03.2024
13 mart, Fineko/abc.az. Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə su çatışmazlığından məhv olub.
ABC.AZ Report-aistinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən konfransda deyib.
"Dünyada su ehtiyatlarının təxminən 70 %-i kənd təsərrüfatında istifadə edilir və Azərbaycan da bu mənada istisna deyil", - nazir qeyd edib.
Onun sözlərinə görə, dünyada baş verən və hazırda da davam edən iqlim dəyişikliyi Azərbaycana təsirsiz keçmir:
"Biz bu çağırışı ciddiyə almalıyıq, daha da hazırlıqlı olmalıyıq. Azərbaycanda təxminən 1,5 milyon hektar suvarılan sahələr var ki, onların da 78 %-i birillik əkinləri əhatə edir, 9 %-i çoxillik və təxminən 13 %-i örüş sahələrinin suvarılmasıdır".
M. Məmmədov əlavə edib ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının təxminən 90 %-i məhz suvarılan sahələrdən əldə olunur.
27 İyul 2026