13:48 - 30.07.2018
30 iyul, Fineko/abc.az. Sabah, iyulun 31-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 24-27, gündüz 32-37, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı, yəni 755 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70%, gündüz 40-45% təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) iyulun son günündə dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.
Mülayim şimal-şərq və şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.
Azərbaycanın rayonlarında isə sabah hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.