Ötən il Azərbaycanın Türk dilli ölkələrlə ticarət dövriyyəsi 9 milyard dollar olub

12:26 - 7.03.2024


7 mart, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanla Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9 milyard ABŞ dolları təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən konfransda bildirib.

“Türkdilli ölkələr arasında əsas ticarətimiz Türkiyə ilə olub”, – deyə o qeyd edib.

“2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası TDT adı ilə fəaliyyətini davam etdirir. Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi statusunda dövlətlər isə Türkmənistan, Macarıstan və Şimali Kiprdir.