Türk Hava Yolları Boeing 777 və Airbus A350 təyyarələrində yeni biznes-klass təqdim edəcək

16:40 - 5.03.2024


5 mart, Fineko/abc.az. Türk Hava Yolları təkmilləşdirilmiş kreslo formatı ilə yeni Crystal biznes sinfini təqdim edəcək. Yenilik, mayın 28-də Hamburqdakı Aircraft Interiors Expo-da nümayiş olunacaq.

ABC.AZ xəbər verir ki, sərnişinlərə 1-2-1 oturacaq konfiqurasiyası ilə business class suite təklif olunacaq, burada hər oturacaq sürüşmə qapı və yüksək texnologiyalı şəraitlə təchiz olunacaq. Yeni oturacaqlar Turkish Cabin Interior bölməsi tərəfindən hazırlanıb.

2025-ci ilin əvvəlinə qədər Türk Hava Yollarının Boeing 777-300  (indi 33-dən) təyyarələrində bütün bortlarında, 2026–cı ildən — Airbus A350-1000 təyyarələrində yeni format tətbiq ediləcək.