Azərbaycanın xaricdən aldığı ərik qurusu 5% bahalaşıb

16:48 - 26.02.2024


26 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 5 milyon 137 min ABŞ dolları dəyərində 1 603 ton ərik qurusu idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 575,5 min dollar və ya 12,6%, həcm baxımından isə 108 ton və ya 7,2% çoxdur.

2022-ci ilin yanvar-dekabr aylarında 4 milyon 562 min dollar dəyərində 1 495 ton qurudulmuş ərik idxal  edilib. 1 ton ərik qurusunun idxal qiyməti 2023-cü il ərzində  3 204 dollar, 2022-ci ilin eyni dövründə 3 051 dollar təşkil edib.

Qiymətlərdə son bir ildə 153 dollar (5%) artım baş verib.

Ümumilikdə isə 1 kq ərik qurusunu idxalı 2023-cü ilin yanvar-dekabr aylarında 5,45 manata və 2022-ci ilin eyni dövründə 5,19 manata başa gəlib.