16:33 - 26.02.2024
26 fevral, Fineko/abc.az. 2023-cü ilin yekunlarına əsasən Azərbaycan 814,803 min ton sement klinkeri ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 13,9% çoxdur.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, sözügedən dövrdə ixrac olunan sement klinkerinin dəyəri $46 milyon 56,2 min (artım 34,4%) qiymətləndirilir.
Statistik məlumatlara görə, bütün ixrac tədarükü Gürcüstana həyata keçirilib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026