Ötən il Azərbaycan xaricdən 230 min 55 ədəd paltaryuyan maşını idxal edib

15:08 - 26.02.2024


26 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar-dekabr  aylarında Azərbaycan xaricdən 54 milyon 570 min ABŞ dolları dəyərində 230 min 55 ədəd paltaryuyan maşını idxal edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 milyon 431 min dollar və ya 26.5%, həcm baxımından 63 min 637 ədəd və ya 38,2%  çoxdur.