17:21 - 20.02.2024
20 fevral, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə $52 milyon 8,7 min dəyərində 91,229 min ton təzə alma ixrac edib.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
2022-ci illə müqayisədə ixrac miqdar ifadəsində 10,9%, mənfəət 10% artıb.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2023-cü il ərzində RF-yə $51 milyon 752,8 min dəyərində (artım 31%) 79,548 min ton təzə alma (artım 3,2%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan alma ixracının 87,2%-i Rusiyanın payına düşüb.
Azərbaycan 2022-ci ildə $52 milyon 8,7 min dəyərində 82,291 min ton təzə alma ixrac edib.2021-ci illə müqayisədə alma ixracı miqdar ifadəsində 23,1%, dəyər ifadəsində 39,2% artıb.
12 Avqust 2026