15:36 - 19.02.2024
19 fevral, Fineko/abc.az. "Qreys.A.” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, şirkət Parka 6.5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.
“Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə o qeyd edib.
5 Avqust 2026
5 Avqust 2026