10:18 - 19.02.2024
19 fevral, Fineko/abc.az. BƏƏ-nin iri bankları ikinci dərəcəli sanksiyalar riski səbəbindən Rusiya müştəriləri ilə hesablaşmaları məhdudlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məqalə dərc edib.
Belə ki, məqalədə iş adamları, “Delovaya Rossiya”nın nümayəndələri, vergi və hüquq məsləhətçilərindən alınan məlumatlar dərc edilib.
Qəzetin mənbəsi bildirib ki, Rusiya hökuməti problemdən xəbərdardır və həll edilə bilən hesab edir. Banklar Rusiyadan pul qəbul etmir və əks istiqamətdə ödənişlər göndərmir.
Kredit təşkilatları ruslara məxsus şirkətlərin hesablarını bağlayır.
İş adamlarından biri “Vedomosti”yə bildirib ki, ən böyük banklarda hesab açmaq demək olar ki, mümkün deyil.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026