Ukrayna Türkiyədən beşinci nəsil KAAN qırıcıları almağı planlaşdırır

16:41 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, ukraynalı mütəxəssislər Türkiyənin beşinci nəsil qırıcısının hazırlanmasında iştirak edir və irəlidə onu almağı planlaşdırırlar.

ABC.AZ xəbər verir ki, kütləvi buraxılış dörd ildən sonra başlayacaq.

“İnanıram ki, KAAN F-35 və F-22 ilə rəqabət etmək üçün bütün potensiala malikdir, bu gələcəyin hekayəsidir”, — deyə Vasili Bodnar bildirib.

Qırıcıların birgə layihələndirilməsi ilə bağlı danışıqlar Rusiya-Ukrayna hərbi münaqişəsi başlamazdan əvvəl başlamışdı. Layihələndirmədə Ukrayna şirkətlərinin konsorsiumu iştirak edir. Ukraynada artıq Türkiyənin Bayraktar TB2 dronlarının, eləcə də İranın Şahed 136 tipli kamikaze dronlarının istehsalı həyata keçirilir.