13:59 - 26.07.2018
26 iyul, Fineko/abc.az. Sabah, iyulun 27-də Bakıda və Abşeronda hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.
Abşeronda gecə 25-28, gündüz 31-36, Bakıda gecə 26-28, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı, yəni 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 40-45% təşkil edəcək.
İyulun 27-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.
Azərbaycanın rayonlarında isə iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026