Türkiyə və Yunanıstan Avropanın Sky Shield təşəbbüsünə qoşulur

15:39 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Türkiyə və Yunanıstan Avropa Sky Shield təşəbbüsünə qoşulur.

ABC.AZ xəbər verir ki, ölkələrin hava hücumundan və raketdən müdafiə sistemlərinin birgə tədarükünü təmin edən bu proqram, iqtisadi səmərəliliyi və əsnəkliyi artırmaq üçün hazırlanıb. Lakin bu addım Fransanı qəzəbləndirib.

Təşəbbüsə rəhbərlik edən Almaniya, Avropada layihələndirilən sistemlərə deyil, ABŞ və İsrailin istehsal sistemlərinə diqqət yetirib və bu səbəbdən Fransa təşəbbüsə qoşulmaqdan imtina edib.