15:20 - 15.02.2024
15 fevral, Fineko/abc.az. Ötən il qeyri-neft sektoru üzrə dövriyyələrin həcmində artım göstəriciləri 10,2 faizin, ƏDV üzrə dövriyyələrdə 10,6 faizin, o cümlədən elektron qaimə-faktura üzrə dövriyyələrdə 15,6 faizin üzərində olub.
ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilmiş Forumda daha bir mühüm göstəricini diqqətə çatdırıb.
O bildirib ki, dövriyyələrin şəffaflaşmasında mühüm rol oynayan yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyələrin həcmi 2023-cü ildə 22,0 mlrd. manata çatıb.
12 Avqust 2026