Rusiyada Avropa Birliyindən çiçək tədarükünə nəzarət sərtləşdirilir

11:33 - 14.02.2024


14 fevral, Fineko/abc.az. Rusiyada Avropa İttifaqı ölkələri vasitəsilə daha bir növ çiçəyin ölkəyə gətirilməsinə nəzarət sərtləşdiriləcək — söhbət Ekvador və Hollandiyada yetişdirilən qızılgüllərdən gedir.

ABC.AZ xəbər verir ki, “Rosselxoznadzor”, fitosanitar tələblərin çoxsaylı pozuntularının aşkar edilməsi səbəbindən Rusiyaya bu cür tədarüklərə nəzarəti gücləndirmək istəyi ilə AB ölkələrinin səlahiyyətli orqanlarına müraciət edib. “Rosselxoznadzor” bu qərarı yoluxmuş bitkilərin idxalı və yayılmasının qarşısını almaq üçün yaz bayramları ərəfəsində kəsilmiş çiçəklərin tədarükünün artması fonunda qəbul edib.