11:08 - 14.02.2024
14 fevral, Fineko/abc.az. Rusiya Federasiyası Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələri haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb.
ABC.AZ xəbər verir ki, TASS-ın yaydığı məlumatda bildirilib ki, qanun layihəsi bu ayın 8-də imzalanması üçün Vladimir Putinə təqdim edilmişdi.
Qanuna əsasən, bu cəza Rusiya ordusu haqda və dövlət orqanlarının səlahiyyətlərini həyata keçirməsi ilə bağlı bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına, bununla yanaşı, dövlət təhlükəsizliyinə qarşı yönələn fəaliyyətə ictimai çağırışlara görə təyin edilə bilər.
8 Avqust 2026
8 Avqust 2026