Son 3 ildə Azərbaycan gilas ixracından 120 milyon dollar gəlir əldə edib

10:51 - 14.02.2024


14 fevral, Fineko/abc.az. Son 3 ildə gilas ixracından ölkəyə təqribən 120 milyon dollar vəsait daxil olub və bu rəqəm hər il artmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-q daxil olan məlumata görə, ümumilikdə 12 min hektar ərazidə becərilən gilas Azərbaycanda kütləvi şəkildə əkilən meyvələrdəndir – gilas bağları ölkənin 65 rayonunda mövcuddur.

Ərazisinə görə ən çox gilas bağları Xaçmaz rayonunda (4422 ha) yerləşir. Qubada gilas bağlarının sahəsi 2317 hektar, Qusarda 800 hektar, Şabranda 595 hektar, Şəmkirdə 233 hektar, Ağdaşda 220 hektardır. Rütubətə tələbkar bitki olan gilas istehsalının təxminən 45 faizi Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür.