10:16 - 14.02.2024
14 fevral, Fineko/abc.az. “Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi Qaydası”nda dəyişikliklər edilib.
ABC.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, attestasiyanın keçirilməsinin formasından asılı olmayaraq vəzifəli şəxslərə yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilməli və ya təqdim edilməlidir.”
Attestasiya müsahibə, yazılı və ya test imtahanı formasında keçirilə bilər. Test üsulundan istifadə edilməklə keçirilən attestasiya xüsusi proqram təminatı vasitəsilə təşkil edilir. Attestasiya test formasında keçirildikdə vəzifəli şəxsə bu Qaydanın tələblərinə uyğun olaraq 100 sual (25 sual çətin, 30 sual orta, 45 sual sadə olmaqla), yazılı formada keçirildikdə 20 sual (5 sual çətin, 6 sual orta, 9 sual sadə olmaqla) təqdim edilir. Test və yazılı formada təqdim edilmiş sualların cavablandırılması üçün 3 (üç) saat vaxt müəyyən edilir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026