11:11 - 13.02.2024
13 fevral, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi və ya hüquqi adı ilə “Oba Retail Chain” MMC-nin 15 dekabr 2023-cü il tarixli 04-Q-00355 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.
ABC.AZ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki,
“OBA Retail Chain” MMC-nin qida təhlükəsizliyi qeydiyyatının ləğv edilmə səbəbi açıqlanmayıb.
Onu da bildirək ki, subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:
– subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;
– hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;
13 Avqust 2026
13 Avqust 2026