17:05 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Azərbaycanda iki şirkət arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.
ABC.AZ banker-ə istinadən xəbər verir ki, “Bakı Sığorta” ASC “HOLLİVOOD-CARS” Məhdud Məsuliyyətli Cəmiyyət və Həsənova Sevda Həsən qızı, Şabanov Nicat Məzahir oğlu ilə bağlı iddia qaldırıb.
Sığorta şirkəti iddia ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə baxan hakim Ülkər Həsənovadır.
Məhkəmənin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir.
Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026