Rusiyanın Avropaya ixracı azalıb, Asiyaya isə artıb

15:24 - 12.02.2024


12 fevral, Fineko/abc.az. Rusiyanın 2023-cü ildə Avropa ölkələrinə ixracı 68% azalıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, azalmadan sonra Rusiyanın Avropaya ixracı 84.9 milyard dollara düşüb.

Qeyd olunub ki, Rusiyanın Avropadan idxalının həcmi də 12.3% azalaraq 78.5 milyardq enib.

Eyni zamanda, Rusiyanın Asiyaya ixracı 5.6% artaraq 306.6 milyard dollara, idxal isə 29.2% artaraq 187.5 milyard dollara çatıb.

Şimal qonşumuzun Afrika ölkələri ilə ticarətində də müsbət dinamika müşahidə olunur. Belə ki, Afikrikaya ixrac güclü şəkildə 42.9% artaraq 21.2 milyard dollara, idxal isə 8.6% artaraq 3.4 milyard dollara çatıb.