12:03 - 12.02.2024
12 fevral, Fineko/abc.az. “Toyota Motor”un rəsmiləri 2024-cü ilin yayından başlayaraq Dayba ərazisində sərnişinləri daşıyacaq avtonom taksi xidmətinə başlamaq niyyətlərini açıqlayıblar.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu cür taksilərin fəaliyyəti Yaponiyada ilk dəfə sınaqdan keçiriləcək.
Tokio körfəzinin sahilində yerləşən Dayba Tokionun turistik yerlərindən biri hesab olunur. Avtomobil istehsalçısı əvvəlcədən müəyyən edilmiş marşrut üzrə bölgənin qonaqlarına pulsuz nəqliyyat təmin etməyi planlaşdırır.
Daşınma üçün xüsusi sensorlar və yol şəraitinin real vaxt rejimində monitorinqinə və təhlükəli vəziyyətlərin proqnozlaşdırılmasına imkan verən süni intellekt texnologiyası ilə təchiz edilmiş Toyota Sienna minivenindən istifadə olunacaq.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026