BƏƏ Misir sahillərindən 22 milyard dollar dəyərindı torpaq alır

10:04 - 12.02.2024


12 fevral, Fineko/abc.az. Əbu-Dabi Misirin Aralıq dənizi sahilində 22 milyard dollar dəyərində premium torpaq almaq və inkişaf etdirmək üçün danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin yaydığı məlumata görə, Misir ümumi sahəsi 180 milyon kvadratmetr olan ərazinin təqribən 20%-nə sahibliyini saxlaya biləcək. Bəzi dövlət müəssisələri və Misirin ən böyük inkişaf şirkətlərindən biri olan “Talaat Moustafa Group” qeyri-nəzarət paylarına sahib olacaq. Danışıqlar davam edir, mənbənin bildirdiyinə görə, yekun qərar hələ verilməyib.

Misirin investisiyalar və azad zonalar üzrə baş İdarəsinin direktoru Hossam Heiba ”CNBC Arabia” telekanalına müsahibəsində bildirib ki, ilkin məlumatlara görə, smeta 22 milyard dollardır. Onun sözlərinə görə, layihə yaxın vaxtlarda razılaşdırılacaq.