Mask bir neçə aydan sonra telefondan istifadə etməyəcəyini söz verib

11:09 - 10.02.2024


10 fevral, Fineko/abc.az. X platformasının sahibi milyarder İlon Mask, “bir neçə aydan sonra” telefon nömrəsini istifadə etməyi dayandıracağına söz verdi.

ABC.AZ xəbər verir ki, məlumata görə, Mask bu şəkildə X platformasının yeni opsoyalarını — video və audio zəngləri reklam etməyə çalışır. Milyarder sözünü tutarsa,  yalnız Premium hesab sahibləri X vasitəsilə onunla əlaqə qura biləcəklər.

Daha əvvəl Mask, səs və video zəng etmək imkanını əlavə edilməsinin X-i “hər şey üçün bir tətbiqə” çevirmək planının bir hissəsi olduğunu bildirmişdi.