İran rəsmisi: Şimal-Cənub dəhlizinin hissəsinin tikintisi beş il ərzində bitəcək

21:56 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt - Astara dəmir yolu hissəsinin tikintisi layihəsinin icra müddəti lazımi maliyyələşmə ilə beş il təşkil edir.

ABC.AZ xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Xayrulla Hadami bildirib.

“Çatışmayan 162 km-lik hissənin inşası, maliyyə mənbələri verildiyi təqdirdə beş il ərzində başa çatdırıla bilər”, — deyə o bildirib. Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən təmin edilir.
Rusiya Federasiyası və İran 17 may 2023-cü il tarixində Şimal - Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirəcək və transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq 170 km uzunluğunda Rəşt-Astara dəmir yolu hissəsinin birgə inşası haqqında saziş imzaladılar. Rusiya İrana dəmir yolu sahəsinin tikintisi üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayırır, layihənin ümumi dəyəri isə 1,6 milyard avro təşkil edir. Rusiya hakimiyyəti hesab edir ki, layihə Süveyş kanalına alternativ ola bilər və bu, həm tranzitlə Avropaya, həm də Rusiyadan Fars körfəzinə tədarükün həyata keçirilməsi üçün keçid marşrutu təmin etməyə imkan verir. Hazırda layihə ayrı-ayrı dövlətlərin bir neçə fərqli nəqliyyat sistemini birləşdirir.