17:08 - 9.02.2024
9 fevral, Fineko/abc.az. Bir neçə gündür, “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı sosial mediada məlumatlar dərc olunur.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.
“6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb.
Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.
Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib”.