Azərbaycanda çipsi istehsalı 11 faiz artıb

14:57 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Azərbaycanda 2023-cü ildə kartof çipsisi istehsalı bir qədər də artmaqdadır.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kartof çipsisinin istehsal həcmi illik müqayisədə 157.68 ton və ya 11 faiz artaraq 1 620.88 ton olub. 2022-ci ildə 1 463.20 ton kartof çipsisi istehsal edilmişdi.

Qeyd edək ki, Azərbaycanda ən böyük çipsi istehsal edən zavoddur. The Snack Company MMC-yə məxsus bu zavod kartof çipsləri və kartof fri istehsal edir.