10:55 - 9.02.2024
9 fevral, Fineko/abc.az. Müasir dünya ikiləşmə vəziyyətindədir, bu da onun patologiyasıdır.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fevralın 9-da amerikalı jurnalist Taker Karlssona verdiyi müsahibədə bu vəziyyəti bir insanın ruhi xəstəliyi ilə müqayisə edərək bildirib.
"Dediniz ki, dünya iki yarımkürədən ibarətdir. İnsan beyni də iki yarımkürəyə bölünür. Biri bir fəaliyyət sahəsinə cavabdehdir, digəri daha yaradıcıdır. Amma bu yenə də bir başdır... Dünya bir olmalıdır ki, təhlükəsizlik hamı üçün olmalıdır, təkcə “qızıl milyard” üçün deyil... Lakin nə qədər ki bir baş iki yerə bölünüb, bu xəstəlikdir, ağır bir xəstəlikdir" Putin jurnalistə belə deyib.
Putin həmçinin bildirdi ki, Rusiya rəhbərləri əməkdaşlıq və dostluğa ümid edərək könüllü olaraq SSRİ-nin dağılmasına getdi, lakin sonradan Qərb Rusiyaya qarşı əsassız təzyiq siyasətini davam etdi.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026