Almaniya və Monqolustan strateji tərəfdaşlıq Bəyannaməsi imzalayıblar

12:15 - 8.02.2024


8 fevral, Fineko/abc.az. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Ulan-Batora səfəri zamanı Almaniya və Monqolustan arasında əməkdaşlığın inkişafına dair sənədlərin imzalanması mərasimi baş tutub.

"Monqolustan və Almaniyanın həqiqətən uzun müddətdir və çox dostluq münasibətləri var", — deyə Ştaynmayer Monqolustan səfəri zamanı deyib. Səfər Berlin və Ulan-Batorla diplomatik münasibətlərin qurulmasının 50 illiyinə həsr olunub, ABC.AZ xəbər verir.

Almaniya və Monqolustan prezidentlərinin iştirakı ilə strateji tərəfdaşlıq, elmi, mədəni, iqtisadi və hüquqi əməkdaşlıq haqqında Bəyannamə, habelə nəqliyyat və turizm sahəsində sazişlər imzalanıb.