Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı artıb, ya azalıb?

11:35 - 8.02.2024


8 fevral, Fineko/abc.az. 2024-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.522.750 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 8 faiz, o cümlədən fiziki şəxslərin sayı 8 faiz (və ya ümumi artımın 86,7 faizi), hüquqi şəxslərin sayı isə 8,4 faiz (və ya ümumi artımın 13,3 faizi) artıb.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin yanvar ayı ərzində 720 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 66,1 faizi elektron qaydada, 33,9 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 628-i (87,2 faiz) yerli investisiyalı, 92-si (12,8 faiz) xarici investisiyalıdır.