12:13 - 6.02.2024
6 fevral, Fineko/abc.az. “MKT İstehsalat Kommersiya” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Kamil Əliyevdir.
İXM-in 483-cü maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan azca miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026