İran Çin və Rusiya ilə birgə hərbi-dəniz təlimləri başlayır

20:19 - 5.02.2024


5 fevral, Fineko/abc.az. İran martın sonuna qədər Çin və Rusiya ilə birgə hərbi-dəniz təlimləri keçirməyi planlaşdırır.  

ABC.AZ xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin Baş komandanı, kontr-admiral Şahram İrani deyib.

Onun sözlərinə görə, təlimlərin ilkin tarixi martın 19-na təyin edilib. İran tərəfi Rusiya və Çindən əlavə daha bir neçə ölkəni hərbi manevrlərdə iştirak etməyə dəvət edib. 
“Təlimlər regional təhlükəsizliyin təmin edilməsi və ümumi maraqların reallaşdırılması məqsədilə keçiriləcək”, – deyə İrani qeyd edib.