16:23 - 5.02.2024
5 fevral, Fineko/abc.az. İndiyədək Azərbaycan və Türkiyə Rusiyaya 13.3 milyon ədəd yumurta ixrac edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Məlumata görə, bunun 2.1 milyon ədədi fevral ayının payına düşüb.
“Fevralın 1-4-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 1.5 milyon ədəd, Türkiyədən isə 633.6 min ədəd yumurtanın növbəti partiyası daxil olub”, – məlumatda qeyd edilib.
Xatırladaq ki, Rusiyada yumurtanın qiymətinin kəskin artması fonunda bu ölkə bu ildən yumurtanın idxal rüsumunu ləğv edib. Bununla da, 1.2 milyard yumurtanın idxal ediləcəyi planlaşdırılır.