Gürcüstanda partlayıcı qurğulardan ibarət yük saxlanılıb

15:05 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Partlayıcı qurğulardan ibarət olan və Odessadan Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçərək Voronejə gedən yük Gürcüstanda saxlanılıb.

ABC.AZ xəbər verir ki, bildirilir ki, ilkin versiyaya görə, yük, terror aktları törətmək üçün Rusiya Federasiyasına gedirdi.

“Müəyyən edilib ki, yanvarın 19-da Ukraynanın Odessa şəhərindən Rumıniya, Bolqarıstan və Türkiyədən keçərək Ukrayna vətəndaşının mülkiyyətində olan miniven tipli avtomobildə “Sarpi” nəzarət məntəqəsindən keçərək partlayıcı qurğular və maddələr Gürcüstana gətirilib”, - məlumatda belə deyilir.

Qeyd olunur ki, çatdırılmanı Ukrayna ərazisindən təşkil ediblər. Bu işdə Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edir.