10:51 - 5.02.2024
5 fevral, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən sanksiyalar paketi 200-dən çox fiziki və hüquqi şəxsi əhatə edəcək. Bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, o, 13-cü sanksiyalar paketini fevralın 24-də, Rusiyanın Ukraynada hərbi əməliyyatlarına başlamasının ikinci ildönümünə yaxın qəbul etmək istəyir.
“Bloomberg”in məlumatına görə, yeni qara siyahıya ticarət məhdudiyyətləri, eləcə də sanksiyalardan mümkün yayınmalara qarşı tədbirlər daxil ola bilər.