10:31 - 5.02.2024
5 fevral, Fineko/abc.az. “Bakı KOB evi”ndə 3 sahibkara investisiya təşviqi sənədləri təqdim edilib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında bildirilir.
Məlumata görə, investisiya təşviqi sənədi almış layihələr qida məhsullarının istehsalı sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək. Belə ki, investisiya təşviqi sənədləri “VVE GROVV” MMC-nin “Meyvə şirəsinin hazırlanması və qablaşdırılması”, “Promalt” MMC-nin “Yeni texnologiyanın tətbiqi ilə arpa səmənisi (malt) istehsalı zavodunun tikintisi və yüksək keyfiyyətli arpa səmənisi xammalının istehsalı” və “Fruit Aqro” QSC-nin “Müxtəlif meyvələrin emalının təşkili” layihələrinə verilib.
İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala təqribən 20.3 milyon manat investisiya yatırılacağı, 60-dan çox yeni iş yerinin açılacağı nəzərdə tutulur.
Sahibkarlar investisiya təşviqi sənədi üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026