Almaniyada vətəndaşlıq almaq asanlaşır — ölkə miqrantların hesabına iqtisadiyyatını qaldırmağa çalışır

12:03 - 2.02.2024


2 fevral, Fineko/abc.az. Bundestaq Almaniya vətəndaşlığının verilməsini asanlaşdıran qanun qəbul edib. Artıq bunun üçün Almaniyada səkkiz il deyil, beş il, hətta üç il yaşamaq kifayətdir.

ABC.AZ xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nenesi Fezer deyib ki, bu tədbir iqtisadiyyatı bərpa edəcək. 2023-cü ilin ortalarından etibarən Almaniyanı "Avropanın xəstə adamı"na bənzədirlər. Mütəxəssislərin fikrincə, almanlar mürəkkəb avadanlıq və Sİ ilə işləyə biləcək yüksək ixtisaslı kadrları bazara cəlb etmək istəyirlər.

Qeyd edilir ki, xarici vətəndaşlar Almaniya pasportu alarkən, birinci vətəndaşlıqdan imtina etməyəcəklər.