11:51 - 2.02.2024
2 fevral, Fineko/abc.az. Dağıstan Respublikası İran və Rusiya arasında ticarəti artırmağa çalışır.
ABC.AZ xəbər verir ki, bunu Rusiya Federasiyasının İrandakı ticarət nümayəndəliyindəki Dağıstan Respublikası Hökumətinin nümayəndəsi Andrey Tanaev deyib.
Tanayev cümə axşamı Dağıstan Respublikasının nümayəndə heyəti ilə Astara şəhərində Gilan vilayətinin rəhbərləri ilə görüş keçirib.
"İqtisadi problemlərin və maneələrin həlli sadə və tez həyata keçirilə bilməz, lakin problemlərin ən qısa zamanda həlli üçün lazımi tədbirlərin görüləcəyini gözləyirik", - deyə Tanayev vurğulayıb.
Bundan əlavə, o deyib ki, iki dost və qonşu ölkə kimi İran və Rusiya mədəniyyət və idman sahələrində əməkdaşlıq edə bilərlər.
18 Avqust 2026