10:23 - 2.02.2024
2 fevral, Fineko/abc.az. Ukrayna hakimiyyəti Rusiya ilə hərbi münaqişədən itkilərin qiymətləndirilməsini 1 trilyon dollara qədər artırıb.
ABC.AZ xəbər verir ki, bu rəqəmi Ukrayna prezidentinin İqtisadi Məsələlər üzrə müşaviri Oleq Ustenko açıqlayıb.
2022-ci ilin iyul ayında Ukraynanın Baş naziri Denis Şmıqal Ukraynanın bərpası üçün 750 milyard dollar lazım olduğunu demişdi. Onun fikrincə, əsas bərpa mənbəyi "Rusiya və rus oliqarxlarının müsadirə edilmiş hesabları olmalıdır". Dünən, fevralın 1-də Avropa Şurası Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən Ukraynaya yardımın maliyyələşdirilməsi üçün istifadə etmək təklifini təsdiqləyib.
3 Avqust 2026
4 Avqust 2026