23:41 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Fransanın Strasburq şəhərində yerli fermerlərin uşaqları fermerlərin Fransa hakimiyyətinin kənd təsərrüfatı siyasətinə qarşı keçirilən aksiyası çərçivəsində nümayişdə iştirak ediblər.
ABC.AZ xəbər verir ki, yanvar ayında Fransada fermerlərin kütləvi etirazları başladı. Səbəblərdən biri də dizel yanacağının qiymətinin artması idi.
Fermerlər həmçinin Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirlərin azalmasından narazıdırlar. Onlar Avropa İttifaqının tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsinə çalışırlar. Etiraz olaraq fermerlər yolları bağlayırlar.
3 Avqust 2026
4 Avqust 2026