23:26 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 12-ci sanksiyalar paketi çərçivəsində fevralın 1-dən idxal və ixracata yeni məhdudiyyətlər tətbiq edir. Xüsusilə, Rusiya Federasiyasından almaz, çuqun və mayeləşdirilmiş neft qazının alınması və idxalı qadağan ediləcək.
ABC.AZ xəbər verir ki, yeni sanksiyalar, əvvəlkilər kimi, Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsi ilə əlaqədardır.
Bundan əlavə, fevralın 1-dən Rusiyaya kimyəvi maddələr, lityum batareyalar, pilotsuz uçuş aparatları üçün bəzi mühərriklər, dəzgahlar və maşın hissələri ixrac etmək qadağan ediləcək.
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026