16:37 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Türkiyənin daha bir şirkəti Azərbaycandan gedir.
ABC.AZ xəbər verir ki, bəhs olunan şirkət Mapgis İmar Anonim Şirkətidir. Şirkət Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1111 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr küçəsi, ev 23, mənzil 58 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, bu nümayəndəlik Azərbaycanda 2016-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Fatih Furkan Fidan-dır.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026