Azərbaycan xaricə 51.4 milyon dollar dəyərində şaftalı ixrac edib

16:26 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Azərbaycan 2023-cü ilin yanvar-okyabr ayında 51.4 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın yanvar sayında bildirilir. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 18.5 milyon dollar və ya 56% çoxdur.

Belə ki, 2022-ci ilin eyni dövründə Azərbaycan 32.9 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.