15:21 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. Ötən ilin dekabr ayının qeyri-neft ixracı 3,8% artaraq 314,3 milyon ABŞ dolları olub.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayında qeyd edilib. İcmalda vurğulanıb ki, yeyinti məhsulları üzrə ixrac isə 0,9% artımla 106,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4% artımla 207,7 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (110,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (55,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (32,6 milyon ABŞ dolları) üçüncü olub. 2023-cü ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (35,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (23,2 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (21,3 milyon ABŞ dolları) üçüncü olub.
12 Avqust 2026