15:16 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. 2023-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayında qeyd edilib.
İcmalda qeyd edilib ki, siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. 2023-cü ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 783,9 milyon ABŞ dolları, Gürcüstana 332,5 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 175,3 milyon ABŞ dolları, Qazaxıstana isə 95 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
12 Avqust 2026