10:18 - 31.01.2024
31 yanvar, Fineko/abc.az. 2023-cü ildə Google-un əsas şirkəti olan “Alphabet” şirkətin gəliri illik ifadədə 8,6% artaraq 307,4 milyard dollara çatıb. “Alphabet”in xalis mənfəəti dördüncü rübün sonunda 1,5 dəfə artaraq 20,6 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, Google-da dördüncü rüb üzrə reklam gəlirləri illik ifadədə 11% artaraq 65,5 milyard dollara çatdı. Analitiklərin proqnozlarına görə, göstərici 66,1 milyard dollar olmalıdır.
“Alphabet” Direktorlar Şurası 2023-cü ilin aprel ayında 70 milyard dollarlıq səhmlərin alınmasına icazə vermişdi. 2022-ci ildə şirkət “Apple”dan başqa hər hansı bir şirkətdən daha çox öz səhmlərini satın almışdı.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026