16:10 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. Türkiyə parlamentinə ölkədə çıxarılan və "müxtəlif mənbələrdən idxal olunan" qazın mayeləşdirilməsinə və LNG şəklində xaricə satılmasına imkan verən qanun layihəsi təqdim edilib.
ABC.AZ xəbər verir ki, beləliklə, Türkiyə LNG ixracatçısı ola bilər. 2022-ci ilin oktyabrında Putin Avropaya qaz tədarükü üçün Türkiyədə "iri qaz mərkəzi"nin yaradılmasını təklif etmişdi.
Qeyd olunur ki, qanun layihəsi qəbul olunarsa, Türkiyənin dünya qaz satış mərkəzi olmasına kömək edəcək.