12:24 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. Türkiyə ötən il 240-dan çox ölkəyə və gömrük ərazisinə 12 886-dan çox mal satıb. Bu ölkələrin 70-də tarixi maksimum ixracat əldə edilib. 54 sənayedə ixrac 1 milyard dolları keçib.
ABC.AZ xəbər verir ki, Türkiyə Cümhuriyyətinin 100 illiyi günündəTürkiyə ixrac rekordunu 255,8 milyard dollara çatdırıb.
Türkiyənin dünya ixracatındakı payı 2002-ci ildə 0,55% təşkil etmişdi, 2022-ci ildə 1,02%-ə yüksəldi, 2023-cü ilin sentyabr ayına qədər isə 1,06%-ə çatmışdı.
Ticarət Nazirliyinin bəyanatında qeyd olunur ki, ixracatçıların sayı 2002-ci ildəki 31,855-dən 339% çoxalaraq 2023-cü ildə 139,830 təşkil etmişdi, ötən il ilk dəfə ixrac edən şirkətlərin sayı isə 38 574 olub və onların ixracata ümumi töhfəsi 6,6 milyard dollar təşkil edib.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026