Rusiya XİN nazirinin müavini: BRİKS milli valyutaların istifadəsi üzərində işləyəcək

11:53 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. BRİKS ölkələri, o cümlədən yeni tamhüquqlu üzvlər, dolların qlobal maliyyə sistemindəki təsirini azaltmaq üçün qrupun daxili ticarətində milli valyutaların istifadəsini artırmağa çalışacaqlar.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"2024-cü ilin yanvar ayından etibarən beş yeni ölkə BRİKS-ə qoşuldu — Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı qrupun tamhüquqlu üzvü oldu.

Genişləndirilmiş BRİKS, dünya səhnəsindəki vəziyyəti əks etdirəcək daha ədalətli və çoxqütblü bir dünya nizamının inşasına töhfə verəcək" — deyə Ryabkov bildirib.

O qeyd edib ki, Rusiya Sədrliyinin prioriteti maliyyə-iqtisadi əməkdaşlıq parametrləri, o cümlədən milli valyutaların və Birlik daxilindəki sazişlərində müxtəlif vasitələrin istifadəsidir.