Ermənistanın Türkiyə ilə sərhədləri açılır?

11:23 - 30.01.2024


30 yanvar, Fineko/abc.az. Ermənistan Türkiyə ilə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bunun üçün Ermənistanda infrastruktur tam hazırdır: “Hazırda Türkiyənin cavabını gözləyirik”.

Nazir müavininin sözlərinə görə, bu proses həm İrəvan-Ankara, həm də İrəvan-Bakı münasibətlərinin normallaşmasına müsbət təsir edəcək.